Kəskin və soyuq dad 2005-ci ildə Tomla birlikdə bask sahillərində bir balıqçı kəndində keçirdiyimiz ilk məzuniyyətimizə dair xatirələri canlandırır. Səhərlər biz buxtada, sahildən yarım mil aralıda yerləşən kiçik adacığa yollanar və gözdən iraq çimərliklərdə sevişərdik, nahardan sonra isə barda oturub sərt və acı cin-tonik içər, dalğaların çəkilməsi ilə açığa çıxan qumluqda çimərlik futbolçularının mənasız yerə top qovmalarına tamaşa edərdik.