bookmate game
az

Paulo Koelho

  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Qorxaqlığa görə – bəlkə də. Səhv etməyin, baş­qa­larının səndən gözlədiyini edə bilməməyin əbədi qor­xu­su
  • b9974261647compartió una citahace 2 años
    Mari nə danışdığını yaxşı bilirdi; xəstəliyi onu Viletə gətirənə qədər ömrünün qırx ilini hüquqşünas olmaqla keçirmişdi. Hələ karyerasının ilkin illərində məsum ədalət hissini itirmiş və qanunların problemləri həll etməsi üçün yox, münaqişələrin qeyri-müəyyən za­ma­nadək uzadılması üçün yaradıldığını anlamışdı.
  • b0768417033compartió una citahace 2 años
    Mən ona görə ağlayırdım, – Veronika dedi. – Mən o həbləri qəbul edəndə nifrət etdiyim insanı öl­dür­mək istəyirdim. Bilmirdim ki, içimdə digər Veronika­lar mövcuddur, o Veronikalar ki, mən onları sevə bi­lərdim.
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Hamıya yaşamaq səbəbimin övladlarım olduğunu deyəcəyəm, amma əslində mənim həyatım onların yaşamaq səbəbi olacaq.
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Ətrafımızdakılar bizi xoşbəxt cütlük hesab edəcəklər, lakin heç kəs xoşbəxtlik fasadının altında nə qədər tənhalıq, kin-küdurət və vəziyyətlə barışıq hissinin olduğunu bilməyəcək
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Ətrafımızdakılar bizi xoşbəxt cütlük hesab edəcəklər, lakin heç kəs xoşbəxtlik fasadının altında nə qədər tənhalıq, kin-küdurət və vəziyyətlə barışıq hissinin olduğunu bilməyəcək.
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Veronika həyatı boyu tanıdıqları ilə ünsiyyəti zamanı fikir vermişdi ki, insanlar başqalarının həyatlarında baş verən dəhşətlər haqqında sanki onlara səmimi qəlbdən yardım etmək istəyirlərmiş kimi danışırlar. Amma əslində həqiqət bu idi ki, onlar digərlərinin acı çəkmələrindən zövq alırlar, çünki elə hesab edirlər ki, əzab çəkənlərə nisbətdə onlar xoşbəxtdirlər və həyat onlara qarşı daha mərhəmətli davranmışdır. O bu cür düşünən insanlara nifrət edirdi. Ona görə də cavan həkimə onun vəziyyətindən istifadə edib, öz çatışmazlıqlarına sipər çəkməsinə imkan verməyəcəkdi.
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    insanlar heç vaxt onlara deməklə nəyisə öyrənmirlər, onlar özləri öyrənməlidirlər.
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    insanlar yalnız mümkün olduğu halda özlərinə dəli olmaq imkanı verirlər
  • Xalide Mahmudovacompartió una citahace 2 años
    Xəstəliyi nəzarət altında saxlamaq olar. Biz anormallıq dünyasında nə baş verdiyini hələ də tam dəqiq bilmirik. Hər şey hələ çox təzədir və müalicə metodları hər on ildən bir dəyişir. Şizofrenik özünü bu dünyadan təcrid etməyə təbii meyli olan şəxsə deyilir. Və bu proses o vaxtadək davam edir ki, fərdi şəraitdən asılı olaraq, bəzən ciddi, bəzənsə səthi bir faktor onu öz şəxsi reallığını yaratmağa məcbur edir. Bu da “katatoniya” adlanan özgələşmə halına gətirib çıxara bilər. Amma bəzən insanlar bu xəstəlikdən sağala bilir və ən azından işləməyə və demək olar ki, normal həyat sürməyə nail olurlar. Bu yalnız bir amildən, onların düşdüyü şəraitdən asılıdır.
fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)