az
Franz Kafka

Vəsiyyət

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
Kitaba məşhur Avstriya yazıçısı Frans Kafkanın «Hökm» və «Çevrilmə» novellaları, pritçalarından nümu nə lər, «Gündəliklər»indən və çex jurnalisti Qustav Ya nouxla söhbətlərindən parçalar daxil edilmişdir.
“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qal dığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işar tısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə dü şüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata — Peterburqda qərar tutan, həyatda və işgüzar mühit də bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost — Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın sima sında atasının görmək istədiyi «şəhərli oğul» obrazını tə cəssüm etdirir.
«Çevrilmə» novellası da metafora baxımından zən gin və çoxmənalı əsərdir: burda az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu — üzüyola qulluq çunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə at maqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalı ğının gerçək surətini yaratmışdır.
Este libro no está disponible por el momento.
146 páginas impresas
Propietario de los derechos de autor
Qanun Nəşriyyatı
¿Ya lo leíste? ¿Qué te pareció?
👍👎

Opiniones

  • Fatimə Qasımzadəcompartió su opiniónhace 6 años
    👎Olvídalo
    💩Una porquería
    🙈Ni fu ni fa

    Bu kitabda Frans Kafkanın 3-4 hekayesi.Bezi şair və yazicilar haqqında fikirləri,Və gundeliyinden hissələr verilib.Hekayeleri xoşuma gəlmədi çünkü FRANS KAFKAnin əsərlərində ziddiyyətlər çoxdur .Kitabın sonundaki qeydlerde KAFKAnin eserde neyi nəzərdə tutdugu öz qeydləri ilə izah olunur.amma mənim cixardigim nəticə ilə onun nəzərdə tutduğu qətiyyən üst-üstə düşmür.
    Zənnimcə Frans Kafka psixoloji sorunlu bir insan olub.
    O 3 dəfə nişanlanıb və evlənməyə yaxın ayrılıb ,səbəb isə O ədəbiyyatı çox sevirmiş
    KAFKAnin gundeliyinden bir qeyd
    19 dekabr 1911ci il.Səhər yeməyi zamanı təsadüfən anama ailə həyatı və uşaqlar barədə danışdım.Cəmi bir neçə kəlmə söylədim ,ancaq bu vaxt ömrümdə ilk dəfə olaraq anamın mənim barəmdə nə qədər sadəlövh təsəvvurdə olduğunu çox aydınca başa düşdüm .O məni sağlam gənc sayır; guya ozumə xəstəlik-naxosluq təsəvvürü asilamagim ucbatından bir balaca əzab çəkirəm,vəssalam,guya zaman ötdükcə bu xulyalar öz-özünə sovrulub gedesidir və bunun da ən kəsə usulu-evlenmek və ogul-usaq sahibi olmaqdır.Onda,bilsin ki ,ədəbiyyata həvəsim da savadlı bir adam üçün münasib olan lazımi həddinə enib mənim ya peşəmə,ya bəxtimə çıxan hər hansı başqa bir işə doğru normal məcrada inkişaf edəcək .Buna görə də geleceyimlə bağlı daimi ümidsizliyə qapilmagima guya heç bir əsas yoxmuş;ötəri bədbinlik üçün o zaman bəhanə yarana bilərmis ki,mən mədəmi yenidən korladigimi,yaxud çox yazmaq ucbatından yata bilmədiyimi zənn etmiş olum.bundan yaxa qurtarmaginsa,heç demə ,yüz fəndi varmış və ən aglabatani da odur ki,mən qəfildən kiməsə vuruluram,hocətlik-inadkarliq göstərib vuruldugum qızdan qəti əl çəkmirəm,hə bax ,onda özüm də görəcəm ki,heç demə ,hamı indiyəcən mənə yalnız yaxşılıq diləyirmis,kimsə mənə mane olmaq,işimə pəl vurmaq niyyətində deyilmiş.Yox əgər mən də heç zaman əsl Səadətin nə olduğunu bilməyəcəyəm ,halbuki ,mən ağılda olan adam guya öz həyatını qurmağa tam qabildir.
    15 avqust 1913cu il.Yataqda dirigozlu açdığım əzab verici səhər.Pəncərədən atılmaq Mənə yeganə çıxış yolu kimi göründü.Anam carpayima yaxınlaşıb soruşdu ki,mən mən məktubu yola salmışam mı və o məktubda əvvəlkilər kimi yazilibmi? Cavab verdim ki,bəli,əvvəlki qaydada,ancaq bir az da sərt yazılıb.Məndən baş açmadığını söylədi,cavab verdim ki,tamamilə doğrudur-o məni anlamir.,özü də təkcə bu məsələdə yox .Sonra Alfred dayıya məktub yazib-yazmayacagimi soruşub bildirdi ki,ona yazmağa dəyər,Cunki Alfred dayı bu haqqa layiqdir .Soruşdum ki,bu haqqı o nəylə qazanıb? "Teleqraf yollayıb,məktub yazıb,sənə munasibətidə çox yaxşıdır" deyəndə bildirdim ki,bunlar hamısı saxta və qondarmadir,Alfred dayı mənə tamamilə yaddır, yabancıdır,məni əsla başa düşmür,bilmir mən nə istəyirəm və mənə nə lazımdır,bir sözlə ,ona heç bir münasibət bəsləmirəm"belə çıxır ki,səni heç kim başa dusmur-anam dedi,-yəqin mən də sənə yadam,atan da yaddır və deməli ,biz hamımız sənin pisliyini istəyirik" Cavab verdim ki:"bəs necə,siz hamımız mənə yadsiniz ,aramızda olan yalnız qan qohumlugudur ki,o da özünü heç nədə göstərmir.O ki qaldı pisliyə ,əlbəttə,siz heç mənim pisliyimi istəmirsiniz "
    Və s və s və s

En las estanterías

fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)