bookmate game
az
Fyodor Dostoyevski

Ölü evdən qeydlər

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
«Ölü evdən qeydlər»
Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi.
«Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.
Este libro no está disponible por el momento.
413 páginas impresas
Propietario de los derechos de autor
Qanun Nəşriyyatı
¿Ya lo leíste? ¿Qué te pareció?
👍👎

Opiniones

  • Məhəmməd Hüsüyevcompartió su opiniónhace 4 años
    🔮Profundo
    🎯Justo en el blanco

    Dostoyevski yaradıcılığında ilk kitabım oldu.Kitab barəsində deyə bilərəm ki,monoloq bir əsərdir.Bir söz orda məni düşünməyə vadar etdi."İnsan elə məxluqdurki, hər şəraitə dözür". Həbsxanada baş verən bütün yaxşılıqları və pislikləri həyat fəlsəfəsində aydın şəkildə ifadə etmişdir.

  • Bahlul Valiyevcompartió su opiniónhace 7 años
    👍Me gustó
    💞Romántico

    Qəribə kitabdı. Bəlkə ilk dəfə belə tip bir kitab oxuduğum üçün qəribə gəlir. Kitabın ən çox xoşuma gələn hissəsi "katorqa heyvanları" olan fəsil idi. Həralda həmişə gülərək xatırlayacağım səhnələr var idi orda.

  • Zaur MMcompartió su opiniónhace 3 años
    💤Aburrrriiiido

    Elə də axıcı oxunan kitab deyil və maraqlı olduğunu demək olmaz. Mövzusu kiməsə maraqlı olarsa oxuya bilər.

Citas

  • ahmedoffelvin99361compartió una citahace 8 años
    Məqsəd və ümidini itirməklə insan qüssədən müdhiş bir varlığa çevrilir…
  • ahmedoffelvin99361compartió una citahace 8 años
    Həbsxanalar və məcburi iş, əlbəttə, cinayətkarı düzəltməyəcək; həbsxanalar yalnız cəzalandırır və cəmiyyəti caninin onun rahatlığına qəsd etməsindən xilas edir. Həbsxana və ən güclü katorqa işi isə cinayətkarda yalnız nifrət, qadağa qoyulmuş nəşələrə həvəs və dəhşətli yelbeyinlik yaradır. Amma qəti əminəm ki, məşhur hücrə sistemi yalnız yalançı və zahiri məqsədə nail olur. Bu sistem insanın həyat cövhərini sorub çıxarır, onun ruhunu zəiflədir, onu qorxudur və sonra mənəvi cəhətdən qurumuş, yarıdəli cəsədi islah olunmanın və tövbənin nümunəsi kimi təqdim edir. Əlbəttə, cəmiyyətə qarşı qiyam qaldırmış cinayətkar ona nifrət edir və demək olar ki, daim özünü haqlı, cəmiyyəti isə günahkar sayır. Üstəlik də cinayətkar artıq cəmiyyətdən cəzasını almışdır, bu səbəbdən də az qala özünü təmizə çıxmış, cəmiyyətlə hesablaşmış hesab edir.
  • M.Vəlizadəcompartió una citahace 6 años
    Zahirən ümumi qayda-qanun hansısa xüsusi, şəxsi ləyaqətdən yaranırdı ki, bu da həbsxananın hər bir sakininə nüfuz edirdi. Katorqaçı, məhkum adı sanki, həqiqətən də, hansısa bir rütbəydi, üstəlik də fəxri bir rütbəydi. Heç bir xəcalət və peşmançılıq əlaməti yox idi!

En las estanterías

fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)