bookmate game
az
Mustafa Kılınç

Qadınlar nə istəyir? Kişilər nə verir?

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
Mustafa Kılınç baş ofisi Amerikada yerləşən Dünya NLP təlimçiləri arasında yer alan yeganə türkdür. Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisidir. Siyasi Qoç adını qazanan Kılınç fərdi inkişaf, insan qaynaqları, idarəetmə sənəti, ünsiyyət, zəka, uğur, liderlik, psixologiya, yenilikçi zəka və “Təsirli liderlik” sahəsində araşdırmalar aparmış və bir sıra işlər görmüş biridir. Türkiyədə ilk dəfə NLP Qoçluğu və Siyasi Qoçluğu həyata keçirən Kılınç NLP Mütəxəssisləri Dərnəyinin rəhbəri, TÜSİAV Təhsil Sektoru başqanıdır.
”NLP ilə təsirli Qoçluq”, “İçimizdəki Həqiqət”, “NLP ilə uğurun daxili oyunu” və “Təsirli Liderlik” kitablarının müəllifidir.
“İnsan düşündüyü qədər güclü, inandığı qədər ­qiymətlidir”.
Este libro no está disponible por el momento.
176 páginas impresas
Propietario de los derechos de autor
Qanun Nəşriyyatı
¿Ya lo leíste? ¿Qué te pareció?
👍👎

Opiniones

  • Aygun Adgozelovacompartió su opiniónhace 5 años
    💡He aprendido mucho

    Ciddən çox şey öyrədir.. Tövsiyə edərəm 📎

  • Sahir Ismayilovcompartió su opiniónhace 3 años

    Möhtəşəm kitabdır! Məncə, uğurlu münasibət üçün hər bir kişi və qadın bu kitabı oxumlıdır.

  • b7577773872compartió su opiniónhace 3 años

    Bu kitabı yazan çox düşünüb ? 🙄Yəni kitab yazmaq üçün yazıb rəsmən heç sevmədim

Citas

  • Lemancompartió una citahace 9 años
    “İstəklərinizin arxasınca gedin, xoşbəxtlik özü sizi tapacaq”.
    “Mustafa Kılınç”
  • Tural Ehmedovcompartió una citahace 9 años
    Kral Artura bir sual verirlər. Suala düzgün cavab versə, həyatı qurtulacaq, əks təqdirdə öləcək. Cavab üçün Krala 1 il vaxt verilir. Sual belədir: “Qadınlar nə istəyərlər?”. Bu, təbii ki, dünyanın ən çətin sualıdır. Lakin Kralın başqa şansı yoxdur. Kral ölkəsinə qayıdıb müxtəlif alimlərlə, elm adamları ilə danışsa da, sualına tam doğru cavab tapa bilmir. Sualın cavabını yalnız yaşlı bir cadugər bilirmiş. Vaxtın bitməyinə bir gün qalır. Artur məcburən cadugərin yanına gedir. Cavabı demək üçün cadugərin bir şərti olur. O, Arturun yaxın dostu, yaraşıqlı silahdaşı ilə evlənmək istəyirdi. Şərti qəbul edə bilməyəcəyini deyən Artur cadugərin yanından gedir. Hadisəni eşidən silahdaş Arturun yanına gələrək deyir: “Heç nə Kralın həyatından qiymətli deyil”. Beləcə cadugərdən cavabı alırlar: “Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.
    Tamamilə doğru olan bu cavab sayəsində Kralın həyatı qurtulur. Lakin əvəzində silahdaşının həyatı sönmüş olur. Nəhayət, kralın dostu üçün ən pis an – toy gecəsi gəlir. Lakin o, otağa girəndə cadugərin əvəzində dünyanın ən gözəl qadınını görür. Kralın dostu heyrətlənir və soruşur : “Sən kimsən?”. Qadın cavab verir: “Mən evləndiyin cadugərəm. Gündüzlər olduqca çirkin, gecələr son dərəcə gözəl oluram və ya əksinə. Necə görünəcəyimə sən qərar verəcəksən”.
    Kralın dostu bir az düşünür. Gecələr mükəmməl bir sevgilimi, yoxsa gündüzlər xanımı ilə birgə qazanacağı hörmətmi? Cavabı belə olur: “Necə olmaq istədiyinə sən qərar ver. Mən sənin hər halına hörmət edirəm”. Cadugər bu cavaba çox sevinir: “Sən mənə seçim azaldığı verdin və məni məhdudlaşdırmadın. Ona görə də ömür boyu yanında gözəl və hörmətli görünəcəm”
  • Tural Ehmedovcompartió una citahace 9 años
    Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm.

En las estanterías

fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)