bookmate game
az
Frederik Beqbeder

Kömək edin, bağışlayın

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
Frederik Beqbeder, avropa ədəbiyyatı ulduzu, ”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Windows on the World”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi, bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşmışdır. Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazmışdır. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu.
Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povan qonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır. Qar, gözəllər və kokain burağanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur. Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir. “Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir.
Este libro no está disponible por el momento.
211 páginas impresas
Propietario de los derechos de autor
Qanun Nəşriyyatı
¿Ya lo leíste? ¿Qué te pareció?
👍👎

Opiniones

  • Xuraman Memmedovacompartió su opiniónhace 4 años
    👍Me gustó
    💡He aprendido mucho

  • b2882539059compartió su opiniónhace 3 años
    👎Olvídalo
    💩Una porquería

  • Azər Əlizadəcompartió su opiniónhace 7 años
    👎Olvídalo
    🌴Perfecto para la playa

Citas

  • Azər Əlizadəcompartió una citahace 7 años
    Düşünürsən ki, aşiq olmusan, ancaq əslində sən “Guess” firmasının reklam kampaniyasının təsiri altına düşmüsən
  • Xuraman Memmedovacompartió una citahace 4 años
    İndividualizm adlandırdığımız şeyi mən uzun illər azadlıq kimi qavramışam. Ancaq indi bilirəm ki, azadlıq plazma ekranın qarşısındakı gücsüz tənhalığa, vanna otağında parlaq aynalarla intihara gətirib çıxarır. Azadlıq, hansı azadlıq? Azadlıq öz əksinə baxıb onanizmlə məşğul olmaqdı? Heç kimdən asılı olmamaqdı? Bu azadlığı biz çox yüksək qiymətləndirmişik. Azadlıq — növbəti yalandı, xülyadı, utopiyadı! İndividualizm nədir axı — maarifçilik fəlsəfəsinin böyük uğuru yoxsa insanlıq tarixində narsis tənhalığın meydana gəlməsi?
  • Xuraman Memmedovacompartió una citahace 4 años
    Bazar günü. Bircə istək var: bu ölkədən rədd olub getmək.

En las estanterías

fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)