bookmate game
Anna Frank

Anna Frank Gundeliyi

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
  • alizada_fidancompartió una citahace 6 años
    Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb, onların yaxşı və pisinə qiymət versəydilər, necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən-günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan.
  • Ellada Babayevacompartió una citahace 4 años
    Passivliyin xoş olması ancaq görüntüdür. İnsana yalnız iş zövq verir
  • M.Vəlizadəcompartió una citahace 5 años
    Məhəbbət yasağın nə olduğunu bilmir.
  • M.Vəlizadəcompartió una citahace 5 años
    Yazıda mən sübut edirdim ki, çərənçilik qadın tə­­biətinin ayrılmaz xüsusiyyətidir. Az çərənləməyə cəhd etmək olar, amma bundan tamam yaxa qurtarmaq mümkün deyil. Axı mənim anam da danışqandır, mən bunu ondan öyrənmişəm, anadangəlmə xü­su­siyyətlərlə necə mübarizə aparasan?
  • Xuraman Memmedovacompartió una citahace 5 años
    Biz hamımız nə üçün və niyə yaşadığımızı bilmədən yaşayırıq və hamımız xoşbəxtlik istəyirik, hamımız fərq­liyik, ancaq həm də nədəsə oxşarıq. Üçümüz də zi­yalı mühitində böyümüşük, bizim oxumaq imkanımız olub və biz tam xoşbəxt ola bilərik, ancaq... buna özümüz nail olmalıyıq. Xoşbəxtliyi qazanmaq üçün zəhmət çəkmək, düzgün və vicdanlı olmaq lazımdır. Passivliyin xoş olması ancaq görüntüdür. İnsana yalnız iş zövq verir.
  • Xuraman Memmedovacompartió una citahace 5 años
    Doğrudur, bir az nəmişlikdir, tavanlar da mailidir, ancaq bütün Hol­landiyada bu cür komfortlu şəraitdə yaşayan başqa qaçqın çətin tapılsın.

    Marqoyla mənim yataq otağımız çox cansıxıcı və boş görünürdü. Ancaq, xoşbəxtlikdən, atam mənim açıq­ca və kino ulduzlarının fotoşəkillərindən ibarət kol­leksiyamı götürübmüş, onları bütün divarlara yapışdırmışam. Otaq indi şəkil kimi olub! Beləcə, yavaş-yavaş səliqə-sahman yaradırıq
  • Xuraman Memmedovacompartió una citahace 5 años
    Bir-birinin dalınca bizim hüquqlarımızı məhdudlaşdıran qanunlar qəbul edilirdi. Yəhudilər sarı ulduz nişanı tax­­­malıydılar, velosipedlərini təhvil verməliydilər, tram­­­vaya, hətta şəxsi avtomobillərinə belə minə bil­məz­dilər. Yəhudilər dükanlara yalnız saat üçdən be­şə qədər girmə­li idilər və istisnasız olaraq yalnız yə­hudi bərbərlərin xidmətindən istifadə edə bilərdilər. Yəhudilər axşam saat səkkizdən səhər altıya qədər kü­­çədə görünə bilməzdilər. Onların teatr, kino və bu kimi digər yerlərə, həmçinin hovuz, idman zalla­rı­na, avarçəkməyə getməyi, ümumiyyətlə, ictimai yer­­də istənilən idman növüylə məşğul olmağı qada­ğanıydı. Axşam saat səkkizdən sonra yəhudilər şəx­si və ya tanışlarının bağlarında otura bilməzdilər. Xaç­pə­rəstlərə qonaq gedə bilməzdilər. Yalnız yəhudi mək­təblərində oxumağa icazə verilirdi. Beləcə, yeni qadağaları gözləyə-gözləyə yaşayırdıq. Cekki deyirdi: “Ağlımdan nəsə keçirməyə qorxuram, birdən bu da qadağan olar?
  • Xuraman Memmedovacompartió una citahace 5 años
    Qeyd­lərin bu dərəcədə yerli-yataqlı olması başqa bir yaşlı qadının – Lidiya Qinzburqun “Blokada adamının qeydləri”ni xatırladır.
  • M.Vəlizadəcompartió una citahace 4 años
    Kitti, sən müharibə nə olduğunu bil­mirsən, yalnız mənim məktublarım əsasında sığınacaqdakı həyatı tam təsəvvür edə bilməzsən. Ona görə sənin üçün bizim azadlığa çıxacağımız birinci gün nə etmək istədiyimizi bilmək maraqlı və məzəli olar.

    Marqo və cənab Van Daan azı yarım saat isti vanna qəbul etmək arzusundadırlar. Xanım Van Daansa do­yunca pirojna yemək istəyir. Düssel, əlbəttə ki, öz Şarlottasının yanına qaçacaq. Anam bir fincan qəh­və­nin arzusundadır, atamsa dərhal cənab Fos­key­lə baş çəkəcək. Peter kinoya gedəcək. Bəs mən? Mən o qədər xoş­bəxt olacağam ki, heç bilmirəm nə edə­cə­yəm! Hər şeydən əvvəl, elə istəyirəm ki, öz evimdə olum, təzə­dən sərbəst olum, məktəbə gedim!
  • rzayevscompartió una citahace 4 años
    Ancaq istənilən halda mən yazmağı xoşlayıram. Həm də əsas odur ki, dər­dini və problemlərini kağız üzərinə köçürəndən son­ra yüngülləşirsən.
fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)