Cerom Devid Selincer

Citas

b5862214619compartió una citahace 2 años
Nə isə, bilirsən, bu şeri yadıma salanda gözümün qabağında belə bir səhnə gəlib durur: bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, – yəni böyükləri deyirəm, – yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora düşməsinlər. Bütün günü işim ancaq bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur. Nə bilim, bəlkə, bu da bir cür axmaqlıqdır.
fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)